Qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcək - QƏRAR

12:51 - 1 Fevral 2022 - Xəbər

Azərbaycanda qanunsuz ödənişli parklanma yeri təşkil edənlər 2 min manat cərimələnəcək.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Xəbər xətti