Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

11:50 - 1 Fevral 2022 - Xəbər

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçumuza şəhid statusu verilib", - məlumatda qeyd edilib.

Xəbər xətti