Azərbaycanda bu uşaqlara görə verilən müavinət artırıldı

11:43 - 1 Fevral 2022 - Cəmiyyət

2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa göra aylıq müavinət təsis edilib.

Ucnoqta.az xəbər verir ki, bunu ötən ilin yekunları və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, yeni sosial islahat paketi çərçivəsində həmin müavinət 2022-ci ildə 25 faiz artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 430 manatdan 600 manata çatdırılıb.///apa

Xəbər xətti