Gənclərin karyera və motivasiya forumu

11:09 - 1 Fevral 2022 - Cəmiyyət

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə 2 fevral Azərbaycan Gənclər gününə həsr olunmuş “Gənclər həftəsi” ərəfəsində “Gənclərin karyera və motivasiya forumu” keçirildi.

Ucnoqta.az xəbər verir ki, 125 gəncin iştirakı ilə keçirilən forumun spikerləri öz sahəsində uğur qazanmış, karyeraları ilə gənclərə motivasiya ötürən dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktoru Cəfər Nəcəfov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti və "Qızıl Kəlmə" ali ədəbiyyat mükafatçısı Varis Yolçuyev, Azərbaycanda ilk ayaqqabı brendi "Danilov"un yaradıcısı İlyas Danilov və nitq mədəniyyəti, yüksək etik protokol qaydaları  üzrə bir çox dövlət və özəl qurumların təlimçisi və Etika Akademiyasının rəhbəri Günel İbrahim oldu.

Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev layihənin açılışını etdikdən sonra 2021-ci il ərzində aktiv fəaliyyətinə görə Sabunçu Gənclər Evinin ən aktiv könüllülərini təltif edildi.

Forumun məqsədi, gəncləri yeni ilə öz karyeraları üçün motivasiya ala biləcəkləri spikerlərlə görüşdürərək ilhamlandırmaq idi.
Forumdan sonra gənclər üçün “Gənclər partisi” təşkil olundu. Gənclər həm əyləndilər həm hə müxtəlif yarışlarda iştirak edərək Sabunçu Gənclər Evindən hədiyyə qazandılar.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.


Xəbər xətti