"Karantinin mənası yoxdur" - Rəşid Mahmudov

10:46 - 1 Fevral 2022 - Cəmiyyət

"Koronavirus artıq heç kimə ciddi təsir edə bilməz. Bu, virusun tamamilə zəifləmiş formasıdır".

Ucnoqta.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov son günlər Azərbaycanda COVID-19 virusuna yoluxma sayının kəskin artmasına münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə yenidən sərt karantin rejiminin tətbiq edilməsinin mənası yoxdur:

"Bu, hökümətin səlahiyyətindədir. Əslinə qalanda isə, bundan sonra karantin olmamalıdır. Bu, koronavirusun 5-ci dalğasıdır və çox zəif formasıdır. Demək olar ki, ölümcül təsiri yoxdur. Qrip kimi bir şeyə çevrilib, boş şeydir. Virus yalnız ciddi yanaşı xəstəlikləri olan insanların ölümünə səbəb ola bilər".

 

Xəbər xətti