DİN VƏ ADRA birgə fəaliyyətə başladı

22:30 - 31 Yanvar 2022 - Cəmiyyət

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) əhalinin müxtəlif təbəqələri arasında anti-narkotik təbliğatı işinin səmərəsinin artırılması məqsədilə birgə fəaliyyətə başlayıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

​Birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.

Xəbər xətti