Dövlət Məşğulluq Agentliyi sosial sığorta ödənişlərinin verilməsinin gecikməsinə aydınlıq gətirib.
Ucnoqta.az xəbər verir ki, Agentliyin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev gecikmənin minimum əmək haqqının artırılması ilə əlaqəli olduğunu deyib.
O qeyd edib ki, orta aylıq əmək haqqı ilə bağlı rəqəmləri Dövlət Statistika Komitəsi təqdim etməlidir: “Biz komitəyə müraciət etmişik. Yaxın zamanda həmin statistikanın göndəriləcəyini düşünürük. Bildiyimiz kimi ölkədə fəaliyyət göstərən işəgötürənlər işçiləri barədə DSK-ya məlumat göndərilir. Bundan sonra məlumatlar emal olunur. Burada heç bir gecikmə olmayacaq, kimsə narahat olmasın. Əgər təyinatlarda gecikmələr olsa da, növbədə ayda təyinatlarda dürüstləşmələr gedəcək. Yəni kimsə narahat olmasın”.