Tanınmış aktyorun 60 illik yubileyidir

10:13 - 28 Yanvar 2022 - Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrında teatrın aktyoru Natiq Fərzəliyevin 60 illik yubileyidir.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, aktyorun yubileyi münasibətilə "Sehrli tütək" tamaşası təqdim olunacaq.

Tamaşa yanvarın 29-u saat 12:00-da Q. Abbasov adına mədəniyyət sarayında (Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov 18 ünvanında) baş tutacaq.
Qeyd edək ki, Natiq Fərzəliyev 1962-ci il fevralın 1-də Yevlax şəhərində anadan olub.
 


Xəbər xətti