"Qarabağ" klubunun Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.
Ucnoqta.az Ağdam klubuna istinadən xəbər verir ki, buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.
Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.
Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, komanda bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşanın “Visla Krakov” klubu ilə qarşılaşacaq.