“Fədayəyə görə həyat yoldaşım intihara cəhd etdi”​​ –Tacir Şahmalıoğlu - VİDEO

ARB TV-nin​ “Onun Sirri”​ verilişinin növbəti qonağı müğənni​ Tacir Şahmalıoğlu​ olub.

Sənətçi həyat yoldaşının onu qısqandığı üçün canına qəsd etmək istədiyini etiraf edib:

“Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-nu bizim evdə yığışaq, çəkilişə baxaq. Heç ağlıma da gəlməzdi ki, yoldaşım Fədayə ilə duet oxuduğum üçün qısqanar.

Oturmuşduq, çəkilişə baxırdıq. Bir də gördük yoldaşım yoxdur. Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq, tez müdaxilə etdik”.

 

Tarix
23 Yanvar 2022 [12:49]
Müəllif
Üç nöqtə
2022-01-23 12:49:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin