Bakıda yarımtikilidə yanğın baş verib.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.
FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.
Tarix
22 Yanvar 2022 [13:37]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin