“Qarabağ” rəsmiləri Avropa Konfrans Liqasında rəqibi olan Fransanın “Marsel” komandasının “Lill” ilə oyununu canlı izləyiblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Qarabağ”ın baş meneceri Asif Əsgərov paylaşım edib:
“Avropa Konfrans Liqasının pley-offuna hazırlıqlarımız davam edir. Komandamızın səfər proqramı üçün Marsel hazırlıqları bitmək üzrədir”.
Qeyd edək ki, 16 yanvarda keçirilmiş görüşdə “Marsel” ilk hissədən azlıqda qalmış rəqibini məğlub edə bilməyib. Komanda məğlubiyyətdən türkiyəli futbolçu Cengiz Ündərin 75-ci dəqiqədə vurduğu qolla xilas olub – 1:1.