16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA-nın İnkişaf turnirində iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, millimiz Belarusun paytaxtı Minskdəki yarışa qatılacaq.
Turnir fevralın 5-14-də təşkil olunacaq. 2005-ci il təvəllüdlülərdən ibarət komandaların yarışında 9 yığma mübarizə aparacaq.
Meydan sahibləri və yığmamızın rəqibləri Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan olacaq.