Azərbaycan bu qadını beynəlxalq axtarışa verdi - FOTO

16:11 - 17 Yanvar 2022 - Xəbər

Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən R. Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.///apa

Xəbər xətti