Təhsil müəssisələrində 20 Yanvarla bağlı xüsusi dərslər keçiləcək

15:23 - 17 Yanvar 2022 - Xəbər

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Ucnoqta.az xəbər verir ki, əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Əmrdə həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirlərin, konfransların, seminarların, kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi tapşırılıb.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova həvalə olunub.

Xəbər xətti