Polis 58 nəfəri saxladı - DİN

10:18 - 15 Yanvar 2022 - Cəmiyyət

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 14 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Xəbər xətti