Polis 58 nəfəri saxladı - <font color=red><b>DİN</b></font>
10:18 - 15 Yanvar 2022 tarixində dərc olunub.
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 14 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.