“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola koronavirusa yoluxub.
Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
O, İngiltərə kubokunun “Suindon”la sabahkı görüşündə iştirak etməyəcək. 50 yaşlı ispaniyalı mütəxəssis kimi onun köməkçisi Xuanma Lilyonun da testi müsbət nəticələnib. Hər iki çalışdırıcı karantinə alınıb.
Bununla da Mançester təmsilçisində yoluxanların sayı 21-ə çatıb. Onlardan yeddisi futbolçu, on dördü klub əməkdaşlarıdır.///Apasport.az