Mahir Emreli "Legiya"da ilin ən yaxşısı seçilib

09:30 - 5 Yanvar 2022 - İDMAN

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”da 2021-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.

Ucnoqta.az xəbər verir ki, 25 yaşlı forvard azarkeşlər arasında aparılan sorğu nəticəsində qalib olub.
42 faiz səs toplayan həmyerlimiz əsas rəqibləri Filip Mladenoviç və Tomaş Pekhartı qabaqlayıb. Serbiyalı Mladenoviç 39, çexiyalı Pekhart isə 19 faiz səslə üçüncü yeri tutub.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Legiya”nın heyətində keçirdiyi 33 oyunda 11 qol vurub. O, Polşa klubundan ayrılmaq üçün üçün rəhbərliyə məktub göndərib.

Xəbər xətti