İspaniya "Barselona"sı futbolçusu Usman Dembele ilə yollarını ayıra bilər.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi yanvarın 3-də fransalı hücumçu və agenti Mussa Sissoko ilə sonuncu dəfə görüşəcək.
Tərəflər yeni müqavilə barəsində ortaq məxrəcə gələ bilməsələr, Kataloniya təmsilçisi 25 yaşlı forvardı qış fasiləsində transferə çıxaracaq. "Barselona" rəhbərliyi Dembelenin komandada qalacağına inanmır.
Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Onun klubla 2022-ci il iyunun 30-dək müqaviləsi var.