Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib.
"Report" xəbər verir ki, 57 yaşlı mütəxəssis Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bu ada layiq görülüb.
Qeyd edək ki, "Skuadra Adzurra" bu il Mançinin rəhbərliyi altında Avropa çempionu olub, həmçinin UEFA Millətlər Liqasında finala vəsiqə qazanıb.