Polşa mediası Mahirdən yazdı

00:45 - 27 Dekabr 2021 - İDMAN

Başa çatmaqda olan 2021-ci ildə Mahir Emrelinin çıxış etdiyi "Legiya"da 20 futbolçu debüt edib. Varşava təmsilçisinin göstəricilərinə diqqət çəkən Polşa mətbuatı son çempionun il ərzində ümumilikdə 54 oyun keçirməsinə və debütantların performasına diqqət çəkib: "Mahir Emreli ilin ikinci yarısında heyətə cəlb olunan ilk əcnəbi futbolçudur. "Budyo-Qlimt" ilə səfər oyununda (3:2) əsas komandada rəsmi debütünü iki qol vuraraq gerçəkləşdirdi. Hazırda o, Varşava komandasının heyətində mövsümün ilk hissəsindən sonra xal hesabında liderdir (11 qol, 2 məhsuldar ötürmə). Sözsüz ki, bacarıq baxımından o, təkcə "Legiya"da deyil, bütün liqada lider oyunçudur. Digər tərəfdən, ilin sonuna doğru sanki həvəsi sönmüşdü". Qeyd edək ki, "Visla Plotsk"la oyundan sonra "Legiya"lı azarkeşlərin fiziki hücumuna məruz qalan Emrelinin Varşava klubundan ayrılması gözlənilir.

Xəbər xətti