"Legiya" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyir

17:01 - 26 Dekabr 2021 - İDMAN

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır. "Köhlən atlar"ın 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.

Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti