AFFA 7 komandaya texniki məğlubiyyət verib

16:00 - 24 Dekabr 2021 - İDMAN

AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Ucnoqta.az xəbər verir ki, komitə müxtəlif səbəblərdən 7 komandaya texniki məğlubiyyət verib.
Region Liqasında iki belə hal yaşanıb. “Sədərək” – “Babək” və “Araz” (Naxçıvan) – “Kəngərli” oyunlarında “Sədərək”lə “Kəngərli” matçın gedişində meydanı özbaşına tərk etdikləri üçün hesab olduğu kimi saxlanılmaqla texniki məğlubiyyət alıblar.

U-14 Liqasında “Neftçi” İK İB – “Neftçi” PFK görüşündə birincilər qeydiyyatda olan oyunçunun yerinə başqasını meydana buraxaraq, “lipa”dan istifadə etdiyi üçün 0:3 hesablı məğlub sayılıb.

Digər 4 cəza U-13 Liqasına şamil edilib. “Polad” FK (Sumqayıt), “Təhsil” RİM (Bakı), “Xırdalan” FK və “Aquatic” FK komandaları müvafiq olaraq “İnternational” FA, “Sahil” FA, RİOEUGİM və AZART-la matça təyin olunan vaxtda gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

Xəbər xətti