Mahir Emreli "Qarabağ"ın bazasına gəldi

22:02 - 22 Dekabr 2021 - İDMAN

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli bu gün "Qarabağ"ın bazasında olub.

Ucnoqta.az xəbər verir ki, klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, 24 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Abbaszadə bildirib ki, Emrelinin sabiq klubunun bazasına gəlişi sırf 49 yaşlı mütəxəssisi görmək istəyilə bağlı olub: "Onun "Qarabağ"a transferi müzakirə mövzusu deyil. Ümumiyyətlə, bu barədə söhbət olmayıb. Mahirin öz komandası, öz yolu var. Sadəcə, keçmiş futbolçumuz, "Qarabağ"da xidmətləri olmuş biri kimi bazaya gələrək, Qurban müəllimlə görüşüb".

Xəbər xətti