“Tornado”nun rəqiblə toqquşan 20 yaşlı qapıçısı öldü

17:54 - 22 Dekabr 2021 - İDMAN

İndoneziyanın “Tornado” klubunun futbolçusu Taufik Remsi vəfat edib.

 20 yaşlı qapıçı oyun zamanı rəqiblə toqquşmadan ölüb.

Hadisə 3-cü liqanın “Vaqana” ilə matçında baş verib. Toqquşma zamanı rəqibin ayağı Remsinin başına dəyib.

Huşunu itirən qolkiperi xərəkdə təcili tibbi yardım maşınına çatdırılıb. Başındakı ağır zədə ilə xəstəxanaya yerləşdirilən Remsi təcili əməliyyat olunub. Lakin həkimlərin səyləri yetərli olmayıb və bir neçə gün komada qalan futbolçu vəfat edib.///apasport.az 

 

Xəbər xətti