Qarabağ" rəhbərliyi Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off oyunları ilə əlaqədar UEFA-ya müraciət edəcək.
Bu barədə Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
49 yaşlı mütəxəssis Avropa futbol qurumundan düzgünlük istəyəcəklərini bildirib. O,İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları matçın 2-ci dəqiqəsində komandasının təmiz qolunun sayılmadığını xatırladıb. Qurbanovun sözlərinə görə, klub rəsmiləri UEFA rəhbərliyi ilə görüşə yollanaraq, bundan narazılığını bildirib: "Yenə də, şükürlər olsun ki, biz ardıcıl 8 ildir avrokuboklarda oynayırıq. Son oyunlarda bizə qarşı müəyyən şeylər oldu. Bunlar bizi daha da böyüdür. Kiprdə də təxribat olmuşdu və rəhbərlik bunu UEFA-ya bildirmişdi. Növbəti Kipr səfərində artıq təxribat demək olar ki, olmamışdı".
Baş məşqçi "Marsel"i qarşıdakı günlərdə araşdıracaqlarını da diqqətə çatdırıb: "Düşünürük. Sadəcə, nə dərəcə alınacaq, bilmirəm. Yaydan bu yana danışıqlar apardığımız futbolçular var. Onların müqavilələrində nəsə dəyişiklik olsa, bir şeylər ola bilər.".
Qurbanov aprelin 14-də tamamlanacaq 50 yaşına komandasından 1/4 final hədiyyə etməsini istəyib:
"Mən yox, uşaqlar hədiyyə etsin (gülür). Qarşıda "Marsel"lə oyun var. Yaxşı oyun göstərmək istəyirik. Hələ vaxt var".