Olimpiya çempionuna yeni vəzifə verildi

11:50 - 8 Dekabr 2021 - İDMAN

Gənclər və idman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə yunan-Roma güləşi üzrə olimpiya çempionu postundan uzaqlaşdırılıb.

Nazirin digər əmri ilə Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin olunub.

Emin

Xəbər xətti