Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi
08:13 - 26 Noyabr 2021 - İDMAN
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub.
"Report"un məlumatına görə, "Qarabağ"ın Konfrans Liqasında Kipr "Omoniya"sı ilə ev heç-heçəsi (2:2) ölkənin aktivinə daha 0,250 xal yazdırsa da, bu, sıralamada hər hansı dəyişikliyə səbəb olmayıb.
Hazırda 17,000 xalla 25-ci pillədə qərarlaşan Azərbaycan ən yaxın izləyicisi Rumıniyadan 0,350 xal öndədir.