UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.
Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.
Baş hakim Morten Kroxa həmyerliləri Nils Höq, Şteffen Bek Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yorgen Dauqberq Burxardt yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.