Azərbaycan Premyer Liqasının XI turunun "Neftçi" - "Sabah" oyunundan sonra insident baş verib.
Matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.
Tərəfləri çətinliklə sakitləşdiriblər. Bundan sonra isə azarkeşlər "İstefa, istefa!" şüarları səsləndiriblər.
Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.///report