Milli komanda aldıqları 1 milyonu xəstə uşaqlara xərclədilər

12:17 - 16 Noyabr 2021 - İDMAN

Serbiya prezidenti Aleksandr Vuçiçin DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanan futbol üzrə milli komandanın üzvlərinə 1 milyon avro mükafat ayırdığını xəbər vermişdik. 

Ölkə prezidentinin vəd etdiyi və bazar ertəsi hökumətin iclasında təsdiqləndikdən sonra Serbiya Futbol İttifaqının hesabına köçürülən məbləğ xeyriyyə məqsədi üçün istifadə olunacaq.
Belə ki, Serbiya milli futbol komandasının üzvləri onlara çatacaq 1 milyon avro mükafatı xəstə uşaqların müalicəsi üçün bağışlamaq qərarına gəliblər. Bu barədə bazar ertəsi “Kurir” qəzeti məlumat yayıb.

Bildirilir ki, komanda üzvləri təcili müalicəyə ehtiyacı olan serb uşaqlara yardım etmək qərarına gəliblər.
Milli komanda bazar ertəsi axşam Serbiyaya qayıdıb və Belqradın Nikola Tesla hava limanında onlar üçün zəfər görüşü hazırlanıb. Futbolçuları yüzlərlə azarkeş qəhrəman kimi qarşılayıb. Futbollar pərəstişkarları ilə birlikdə məşhur serb mahnısı “Tamo, Far Away” mahnısını ifa ediblər.

Qeyd edək ki, Serbiya millisi səfərdə portuqaliyalıları 2:1 hesabı ilə məğlub edərək A qrupunda birinci yeri qazanıb və DÇ-2022-yə birbaşa vəsiqə qazanıb. Portuqaliyaya yola düşməsindən əvvəl isə Serbiya prezidenti Aleksandar Vucic komandaya uğurlar arzulamaq üçün təyyarəyə minərək Qətərdə keçiriləcək dünya çempionatına birbaşa çıxış üçün 1 milyon avro mükafat vəd etmişdi.///fanat.az

Xəbər xətti