Xavi Salahın transferi ilə əlaqədar “Barselona” rəhbərliyinə müraciət edib

21:21 - 15 Noyabr 2021 - İDMAN

“Barselona”nın yeni baş məşqçisi Xavi Hernandes klub rəhbərliyinə müraciət edərək yüksək səviyyəli hücumçuya ehtiyac duyduqlarını bildirib.

41 yaşlı mütəxəssis xüsusən “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahın transfer edilməsinə israr edir.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul” klubu ilə müqaviləsi 2023-cü ildə bitir.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində 15 oyunda 15 qol vurub.

Xəbər xətti