Okan Buruk AFFA-nın təklifindən imtina etdi

17:53 - 14 Noyabr 2021 - İDMAN

Türkiyəli məşqçi Okan Buruk futbol üzrə Azərbaycan yığması ilə işləməkdən imtina edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, 48 yaşlı mütəxəssis AFFA-nın ona yığma komandanı çalışdırması barədə etdiyi təklifə müsbət cavab verməyib.

Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazmışdı.///Axar.az

Xəbər xətti