Yenidən “Barselona”ya qayıdan Dani Alveş keçidini dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı müdafiəçi instaqram səhifəsindəki paylaşımı zamanı Kataloniya klubu ilə anlaşdığını təsdiqləyib.
Braziliyalı müdafiəçi “Barselona”nı dünyanın ən yaxşısı etməyə çalışacağını söyləyib: “5 ilə yaxındır bu nöqtəyə gəlmək üçün dəlicəsinə mübarizə aparmışam. Bu qədər davam edəcəyini bilmirdim. Amma əmin idim ki, bu gün gələcək. Heç tərk etmədiyim yerə - evə qayıdıram. Bu yuxunun nə qədər davam edəcəyini bilmirəm, amma əbədi olsun! Məni ən çox valeh edən yerdə tezliklə görüşənədək. Mən bura ilk dəfə gəldiyim kimi, eyni həvəslə qoşuluram və bu komandanın yenidən dünyanın ən yaxşısı olmasına kömək etmək arzusu ilə kluba kömək edəcəyəm”.
Qeyd edək ki, Dani Alveş bununla “Barselona” tarixinin ən yaşlı transferi ünvanına yiyələnib. O, 2006-cı ildə 34 yaşında bu komandaya keçən Lilian Türamın rekordunu yeniləyib.