21 yaşlılardan ibarət Azərbaycan millisi yenə böyük hesabla uduzdu

21:57 - 12 Noyabr 2021 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Milan Obradoviçin yetirmələri AVRO-2023-ün seçmə mərhələsində Avstriya ilə qarşılaşıb. Tsikldə 5-ci matçına yığmamız bu dəfə də azarkeşlərini məyus edib. Avstriyada 0:6 hesabı ilə uduzduğu rəqibdən revanş almaq arzusunda olan milli ilk hissənin sonlarında məğlub duruma düşüb. İkinci hissə daha uğursuz alınıb. Matçın sonlarında qonaqlar daha iki qol vurub. Bununla da seçmə mərhələdə dördüncü dəfə uduzan milli yenə böyükhesablı məğlubiyyət alıb. Qeyd edək ki, qrupumuzda Xorvatiya – Estoniya oyunu (2:0) dünən keçirilib. Bu gün isə Norveç Finlandiyanı qəbul edir.

Xəbər xətti