Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayıb.
Ucnoqta.az-ın məlumatına görə, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı ilk matçında Belçika yığması ilə qarşılaşıb. Lüksemburqun Vilts şəhərindəki "Poetz" stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində yeganə qolu 27-ci dəqiqədə Mahmud Ağayev vurub. Qonaqlardan Yohan Bakayoko, Tur Rommens, Mario Stroykens, Luka Oyen fərqləniblər. Digər qolu isə Süleyman Damadayev öz qapısından keçirib.
Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 16-da meydan sahibi olan Lüksemburqa qarşı keçirəcək.///axar.az