Qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Ayşən Əhmədova və Aysun Əliyeva eyni klubda legioner həyatı yaşayacaq.
Apasport.az saytının məlumatına görə, yığmamızın oyunçuları Türkiyə klubu “Çaykur Rizəspor”la anlaşıb.
Rizə təmsilçisi bütün yeni transferlərini təqdim edib ki, onlar arasında Ayşənlə Aysun da var. Qardaş ölkə klubu həmyerlilərimizlə müqavilə müddəti barədə məlumat yaymayıb.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Aysun Əliyeva son olaraq Türkiyədə “Fomget Genclik ve Spor”, 21 yaşlı müdafiəçi Ayşən Əhmədova isə Rusiyanın “Rubin” klubunun formasını geyinib.