Xoşqədəm Hidayətqızı yenidən efirdə - FOTO

14:20 - 9 Noyabr 2021 - Mədəniyyət

Əməkdar jurnalist, aparıcı Xoşqədəm Hidayətqızı yenidən efirə qayıdıb.

Ucnoqta.az xəbər verir ki, o, "44 Günün Zəfəri" adlı xüsusi verilişin aparıcısı olub. Veriliş "ARB" televiziyasında yayımlanıb. 2 saat davam edən verilişdə millət vəkili Arzu Nağıyev, AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev, AYB-nin katibi Rəşad Məcid, "Baku Media Center"in əməkdaşı Ayaz Mirzəyev və digər şəxslər iştirak edib.

Qeyd edək ki, X. Hidayətqızının məşhur "Səni Axtarıram" verilişi də "ARB" televiziyasında yayımlanacaq. Hazırda adıçəkilən verilişin dekorasiyası hazırlanır.


Xəbər xətti