Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.
Ucnoqta.az xəbər verir ki, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.
Rəqibi üzərində 7:6 hesablı qələbə qazanan Rzazadə dünya çempionu olub.
65 kq-da yer alan Zirəddin Bayramov isə 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Stilyan İliyevə cəmi 1 dəqiqə 39 saniyə ərzində 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.