Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavinin “Barselona”ya keçidinə razılıq verib.
Bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb.
İspaniya nəhəngi Xavi ilə müqavilənin pozulması üçün vəsait ödəyəcək. Bu məbləğin 5 milyon avro olduğu bildirilir.
Karyerasının böyük hissəsini “Barselona”da keçirən sabiq yarımmüdafiəçi 1998-2015-ci illərdə futbolçu kimi 25 titul qazanıb. 2015-ci ildə “Əl-Sədd”ə keçən ispaniyalı 2019-cu ildən Qətər təmsilçisinin baş məşqçisi olub.///apasport