Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubu “Legiya”da oktyabrın ən zəif oyunçusu seçilib.
Apasport.az-ın legionisci.com saytına istinadən məlumatına görə, 24 yaşlı forvard ən az xal toplayan iki oyunçudan biri olub.
Həm Emreli, həm də Lirim Kastratinin oktyabrdakı performansı -5 xala layiq görülüb ki, bu, ən aşağı göstəricidir. Varşava təmsilçisində ayın futbolçusu Çezari Mişta seçilib. Gənc qapıçı 3 xal toplayıb.
Ümumiyyətlə, oktyabr “Legiya” üçün faciə ayı hesab edilib. Komanda ötən ay keçirdiyi 6 oyundan 5-də məğlub olub, yalnız ölkə kuboku matçında aşağı liqa təmsilçisinə minimal hesabla (1:0) qalib gəlib.
Qeyd edək ki, Mahir Emreli sentyabrda keçirdiyi 6 oyunda 4 qol vuraraq, “Legiya”nın ən yaxşı ikinci oyunçusu seçilib.