"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gələcək.
Hazırda 7 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" bu tur pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün Azərbaycan təmsilçisi "Kayrat"a qalib gəlməli, İsveçrə "Bazel"i Kiprdə "Omoniya"ya məğlub otməlidir. Qazaxıstanda mümkün heç-heçə və "Bazel"in səfər qələbəsi də "Qarabağ"ı qrupdan çıxara bilər.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirirlər.
4 noyabr
UEFA Konfrans Liqası
Qrup mərhələsi, IV tur
19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (AZƏRBAYCAN)
Hakimlər: Dumitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Vyaçeslav Banari (Moldova)
Almatı, "Ortalık" stadionu