Ronaldu ardıcıl 2-ci dəfə ən yaxşı futbolçu seçilib

01:39 - 3 Noyabr 2021 - İDMAN

İngiltərənin "Mançester Yunayted" klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldu ardıcıl 2-ci dəfə bu ada layiq görülüb. Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib. Ronaldu "Mançester Yunayted"in heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.

Xəbər xətti