Azərbaycanın güləşçisi dünya üçüncüsü olub

21:44 - 2 Noyabr 2021 - İDMAN

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gəlib.
Rəqibini 9:0 hesabı ilə məğlub edən Quluzadə dünya üçüncüsü olub və Azərbaycana bu yarışda ilk medalı qazandırıb.

Xəbər xətti