Fransanın “PSJ” klubunun hücumçusu Lionel Messi Qətərdə keçiriləcək DÇ-2022-dən sonra karyerasını bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Diario Sport xəbər verib.
L.Messi bildirib ki, o bu barədə fikirləşmir: "Başıma gələn hər şeydən sonra gündən-günə, ildən-ilə irəli addımlayıram. Dünya çempionatında və ondan sonra nə olacağını bilmirəm".
Qeyd edək ki, Lionel Messinin "PSJ" komandası ilə müqaviləsinin müddəti 2023-cü ilə qədər qüvvədədir.