Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.
Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
E qrupunda İspaniya "Barselona"sı Ukraynada Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Qrupun lideri "Bavariya" isə Almaniyada Portuqaliya "Benfika"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.
F qrupunda İngiltərənin "Mançester Yunayted" klubu İtaliyada "Atalanta"nın qonağı olacaq. Bu qrupun digər görüşündə İspaniya "Vilyarreal"ı evdə İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.
G qrupunda "Volfsburq" Almaniyada Avstriyanın "Zaltsburq", "Sevilya" isə İspaniyada Fransanın "Lill" klubunu sınağa çəkəcək. Səfərdə qazanılacaq mümkün qələbə "Zaltsburq"u növbəti mərhələyə daşıyacaq.
H qrupunda günün ilk matçı İsveçdə "Malmö" və İngiltərənin "Çelsi" komandaları arasında olacaq. Digər oyunda "Yuventus" İtaliyada Rusiyanın "Zenit" kollektivini qəbul edəcək. Turin klubu rəqibinə qalib gələcəyi halda qrupdan çıxmağı təmin edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
2 noyabr
E qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya)
00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)
Xal durumu: "Bavariya" - 9, "Benfika" - 4, "Barselona" - 3, "Dinamo" - 1.
F qrupu
00:00. "Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə)
00:00. "Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 6, "Atalanta" - 4, "Vilyarreal" - 4, "Yanq Boyz" - 3.
G qrupu
21:45. "Volfsburq" (Almaniya) - "Zaltsburq" (Avstriya)
00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa)
Xal durumu: "Zaltsburq" - 7, "Sevilya" - 3, "Lill" - 2, "Volfsburq" - 2.
H qrupu
21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə)
00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya)
Xal durumu: "Yuventus" - 9, "Çelsi" - 6, "Zenit" - 3, "Malmö" - 0.
Qeyd edək ki, IV turun digər 8 oyunu noyabrın 3-də keçiriləcək.///report