Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 3 000 ABŞ dollar, antik samovar və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hidayətli, R.Həsənov və əvvəllər məhkum olunmuş T.Zeynalov saxlanılıb.

Bundan başqa, Qaradağ RPİ 10-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki oyun zallarının birindən 5 440 manat dəyərində 8 ədəd prosessor, 2 ədəd monitor və 30 ədəd yaddaş qurğusu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Tarix
27 Oktyabr 2021 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-27 12:35:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin