Məktəblərdə koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

11:42 - 27 Oktyabr 2021 - Cəmiyyət

Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib:

"Ümumtəhsil məktəbləri arasında distant təhsilə keçid 0,7 faiz təşkil edir. Həmçinin respublika üzrə 89 min 674 sinifdən 697-də ənənəvi tədris dayandırılmışdı. Bu da ümumi siniflərin 0,78 faiz təşkil edirdi. Artıq onlardan 155-i 2 həftəlik karantin müddəti bitdikdən sonra ənənəvi təhsilə qayıdıb, 542 sinif isə hələ də distant təhsildədir. Bu da 0,6 faiz edir. Bu günə qədər ölkədə 1 milyon 595 min 108 şagird təhsil alır, onlardan 5042 nəfəri, yəni 0,32 faizi COVİD-19 infeksiyasına yoluxub. Müəllimlər arasında yoluxma halı isə 3388 nəfərdə müəyyən edilib ki, bu da ümumi müəllimlərin 1,47 faizini təşkil edir".

Xəbər xətti