Vaşinqtonda atışma: 5 nəfər yaralandı

22:16 - 21 Sentyabr 2021 - DÜNYA

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı atışma nəticəsində 13 yaşlı yeniyetmə daxil olmaqla, 5 nəfər xəsarət alıb.

Bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, insident şəhərin cənub-şərq səmtində baş verib. Yaralanan şəxslərdən 3-ü xəstəxanaya çatdırılıb, iki nəfər isə şəxsən xəstəxanaya müraciət edib.

Hadisənin səbəbləri araşdırılır.///axar.az

Xəbər xətti